Ankara, 12 may, AZƏRTAC
Türkiyənin milli müdafiə naziri Yaşar Güler bu gün Azərbaycana səfər edəcək.
Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasdan sonra Azərbaycana yola düşəcək.
Səfər proqramı barədə açıqlama verilməyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara