EN

İsrail Qəzzada məscid və məktəbi vurdu: Ölənlər var

İsrailin Qəzza zolağında məcburi köçkün dinc sakinlərin yerləşdiyi məktəbə hücumu nəticəsində aralarında uşaqların da olduğu azı 15 nəfər həlak olub. 

İsrailin məscidə hücumu nəticəsində bir uşağın öldüyü bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, hücumlarda çoxlu sayda mülki vətəndaşın yaralandığı bildirilib.

Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, Qəzza zolağında “Cibaliya” qaçqınlar düşərgəsində yerləşən və məcburi köçkün mülki vətəndaşlara ev sahibliyi edən Fatimə Bint Əsəd məktəbi İsrail ordusunun hədəfində olub.

Hücum nəticəsində aralarında uşaqların da olduğu azı 15 nəfərin öldüyü bildirilir. İsrailin “Nusayrat” qaçqınlar düşərgəsindəki Həmmad əl-Həsnət məscidinə hücumu nəticəsində ən azı bir uşağın öldüyü də bildirilib. Hücumlarda çoxlu sayda mülki vətəndaşın yaralandığı bildirilib. Martın 18-də Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozan İsrail bölgəyə hücumlarını yenidən gücləndirib. 

Fələstin Səhiyyə Nazirliyindən verilən son açıqlamada 7 oktyabr 2023-cü ildən bu yana İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayının 52 min 829-a, yaralıların sayının isə 119 min 554-ə yüksəldiyi bildirilib.

Chosen
0
cebheinfo.az

1Sources