Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, iki günü əhatə edəcək turun 4 görüşü “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
“Şamaxı” – “Araz-Naxçıvan” qarşılaşması isə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı vasitəsilə canlı göstəriləcək.
Qeyd edək ki, 35-ci turun görüşləri mayın 17-də və 18-də keçiriləcək.
Premyer Liqa
35-ci tur
17 may
“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 17:00.
“Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 17:00.
18 may
“Neftçi” – “Səbail”
Bakı. “Neftçi Arena”, 17:00.
“Qarabağ” – “Kəpəz”
Bakı. “Azərsun Arena”, 19:00.