EN

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisdə illik məlumat verəcək

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı Milli Məclisə daxil olub.

Day.Az-ın xəbərin görə, illik məlumat mayın 13-də parlamentdə müzakirəyə çıxarılacaq.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında müzakirələrdən sonra plenar iclasa tövsiyə ediləcək.

Qeyd edək ki, Milli Koordinatorun funksiyaları Milli Fəaliyyət Planı ilə müəyyən edilir. Milli Koordinator Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumat təqdim edir.

Chosen
0
day.az

1Sources