EN

“Yaşayış olan binamızda söküntü işləri gedir”

“İçərisində yaşayış olan binamızda söküntü işləri aparılır. Binanın infrastrukturu dağıdılıb, yaxın günlərdə liftlərin də işləməyəcəyini deyərək sakinlərə psixoloji təzyiq edirlər”.

Viral.az xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya Bakının Səbail rayonu – Bayraq meydanının qarşısında Mikayıl Useynov küçəsi 14 ünvanında yaşayan Abasağa Hüseynov müraciət edib. 

Şikayətçinin sözlərinə görə, ərazidə dövlət layihəsinin icrası ilə bağlı söküntü işlərinin aparılacağı deyilsə də, heç kim sakinlərlə rəsmi razılığa gəlməyib: “Dəfələrlə binamızın sökülərək yerində yeni binanın tikintisi və ya dövlət əhəmiyyətli layihənin inşası ilə əlaqədar müxtəlif məlumatlar verilib. 2025-ci ilin aprel ayında Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi binamıza gələrək ərazidə dövlət layihəsinin planlaşdırıldığını bildirdi və şifahi olaraq orta statistik dəyərdən dəfələrlə az qiymət təklif etdi. 

Son Yazılar:

4%20(1)(6)

Ancaq rəsmi olaraq heç bir müraciət, təklif və ya alternativ variant olmadı. Elə bil, məhəlləyə bomba atılıb. Bizə heç olmasa, rəsmi olaraq desinlər ki, ya ərazidə yeni bina tikiləcək, ya yaxınlıqda ev veriləcək. Bilmirik aqibətimiz necə olacaq…”

Problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Mikayıl Useynov küçəsi 14 ünvanında yerləşən yaşayış binası uzun illərdir ki, qəzalı vəziyyətdədir.

Əlavə olaraq qeyd edirik ki, həmin binada yerləşən qeyri-yaşayış sahəsində söküntü işləri mülkiyyətçi tərəfindən aparılıb”.

 

2

3

Chosen
0
4
viral.az

5Sources