Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edərək ölkə ərazisinə zərbələr endirmişdi. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab vermişdi. Tərəflər bir neçə gün davam edən gərginlikdən sonra mayın 10-da atəşkəs barədə razılığa gəliblər.