Türkiyə Superliqasının nəhəngi "Fənərbağça" yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə İngiltərə millisinin və "Mançester Yunayted"in cinah oyunçusu Jadon Sançonu transfer etmək istəyir.
Milli.Az xəbər verir ki, klub prezidenti Ali Koçun bu barədə verdiyi açıqlama xarici mətbuatda da geniş rezonans doğurub.
Ali Koç dünən qatıldığı canlı yayımda yeni mövsümdə komandanı sürətləndirəcək ulduz futbolçuların heyətə qatılacağını bildirmişdi. Məlumata görə, bu çərçivədə transfer komitəsi artıq axtarışlara başlayıb və Sanço əsas namizədlərdən biri kimi ön plana çıxıb.
Hazırda 25 yaşında olan Jadon Sanço bu mövsümü icarə əsasında "Çelsi" klubunda keçirib. Onun müqaviləsi "Mançester Yunayted"ə məxsusdur. Xatırladaq ki, futbolçu 2021-ci ildə Dortmund "Borussiya"sından 85 milyon avroya transfer edilmişdi.
Sanço cari mövsümdə ümumilikdə 40 matçda iştirak edib, 2335 dəqiqə meydanda qalıb və 4 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Transferin rəsmiyyət qazanacağı təqdirdə, bu "Fənərbağça" tarixindəki ən səs-küylü transferlərdən biri olacaq. Klub rəhbərliyinin Sanço üçün lazımi maliyyə və texniki şərtləri yaratmağa çalışdığı bildirilir.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
