Xızı rayonunda bədbəxt hadisə baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün saat 23 radələrində Giləzi qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Bayram Muradovu balıq tutarkən elektrik cərəyanı vurub.
Xəstəxanaya yerləşdirilmiş B.Muradovun vəziyyəti orta-ağırdır. Araşdırmalar aparılır.
Qeyd edək ki, ötən həftə Lənkəranda da oxşar hadisə baş vermiş və 66 yaşlı balıqçı vəfat etmişdi.