EN

Bu ölkədən Trampa 400 milyon dollarlıq hədiyyə

ABŞ-da Demokratlar Partiyasından olan konqresmen Riççi Torres Prezident Donald Trampın Qətər kral ailəsindən dəyəri 400 milyon dollar olan "Boinq 747-8" təyyarəsi qəbul etməyi planlaşdırması ilə bağlı araşdırma aparılmasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Torres bu hədiyyənin ABŞ tarixində prezidentə xarici hökumət tərəfindən verilmiş ən dəyərli hədiyyə olduğunu bildirib.

“Uçan saray” adlandırılan təyyarənin hazırkı “Bir nömrəli təyyarə"ni (Prezident təyyarəsi) əvəz edəcəyi bildirilir.

Tramp ittihamları rədd edərək, bu razılaşmanın “çox açıq və şəffaf” olduğunu deyib.

Ağ Evin və ABŞ Ədliyyə Nazirliyinin hüquqşünasları Trampın bu hədiyyəni qəbul etməsinin nə konstitusiyaya, nə də rüşvət əleyhinə qanunlara zidd olduğunu bildiriblər.
Chosen
0
2
sherg.az

3Sources