EN

Almanlar sağçı ekstremizmin müdafiəsinə qalxdılar

Almaniyada sağçı ekstremizmə və Almaniya üçün Alternativ (AfD) partiyasına qadağa tətbiqinə qarşı mitinqlər keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Berlində keçirilən etiraz aksiyalarında 7 mindən çox insan iştirak edib. Ümumilikdə ölkədə 60-dan çox nümayiş keçirilib. Etiraz aksiyasını “Haqqlara Qarşı Birlikdə” və “İnsan ləyaqətini Müdafiə” təşəbbüs birlikləri təşkil edib.

Mayın 2-də Almaniya Federativ Respublikasının Konstitusiyasının Müdafiəsi üzrə Federal İdarəsi AfD-ni ekstremist təşkilat kimi tanıdığını açıqlayıb.

Partiya “insan ləyaqətinə məhəl qoymamaqda” və “əhalinin müəyyən qruplarını cəmiyyətin həyatında bərabər iştirakdan kənarlaşdırmağa” yönəlmiş siyasətdə ittiham edilib.

Chosen
0
publika.az

1Sources