EN

“Ukrayna İstanbulda Rusiya ilə danışıqlara hazırdır” - Zelenskinin ofisi

“Ukrayna İstanbulda Rusiya ilə danışıqlara hazırdır. Lakin sülh Rusiya Federasiyası tərəfindən imitasiya deyil, yalnız real hərəkətlərlə mümkündür”.

Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak “RBC-Ukrayna”ya müsahibəsində deyib.

O bildirib ki, Kiyev Moskva ilə danışıqlara hazırdır, lakin qərarı Rusiya Prezidenti Vladimir Putin verməlidir.

Yermakın sözlərinə görə, Ukrayna sülh prosesindən əl çəkmir və istənilən formatda danışıqlara hazırdır.

Siyaətçi qeyd edib ki, biz Rusiyaya Kiyevi sülh prosesini pozmaqda ittiham etməyə əsas verməyəcəyik.

"Bu gün top Moskvanın meydançasındadır. Əgər Kreml həqiqətən sülhdə maraqlıdırsa, o, nə etmək lazım olduğunu bilir", - deyə Yermak vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
0
missiya.az

1Sources