EN

"VDNX" sərgisində Rusiya-Ukrayna müharibəsi muzeyi yaradılıb

9 May qələbə günü ərəfəsində Rusiyada Ukraynadakı müharibəyə həsr olunmuş muzey yaradılıb.

Herbiand.az xəbər verir ki, “SVO Muzeyi” (Xüsusi hərbi əməliyyat muzeyi) adlandırılan bu məkanda müəlliflər Ukraynada aparılan müharibə ilə İkinci dünya müharibəsi arasında paralellər aparmağa cəhd edib.

“Bereg” müstəqil jurnalist birliyinin muzeydən hazırladığı reportajda bildirilir ki, "SVO Muzeyi" yeddi tematik zonaya bölünür.

Giriçdə sizi kişi səsi qarşılayır: "Nasist pisliyi yenidən başını qaldıranda, siz kənarda dayana bilməzsiniz! Sən silaha sarılırsan!"

Burada vurulmuş Ukrayna hərbi texnikasının qalıqları və vurulmuş texnikaların fotoları var.

Hər addımda təbliğat və Ukraynaya qarşı müharibəyə səfərbərlik şüarları var.

Chosen
0
herbiand.az

1Sources