EN

Milli Məclisin deputatları Türkiyədə təhsil və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrə müzakirələrdə iştirak edəcəklər

Bakı. Trend:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri MusaQuliyev və deputat Səbinə Salmanova Qara Dəniz İqtisadi ƏməkdaşlıqTəşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitarsiyasət komitəsinin iclasında iştirak etmək üçün mayın 13-dəTürkiyənin Sinop şəhərinə səfər edəcəklər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Musa Quliyevin sədri olduğu qurumun Sosial vəhumanitar siyasət komitəsində “QDİƏT regionunda məhdud imkanlışəxslərin təhsil və məşğulluq səviyyəsinin yüksəldilməsi üzrəmövcud təcrübə və strategiya” mövzusunda məruzə və tövsiyəlayihələri müzakirə olunacaq, təşkilatı məsələyə baxılacaq, müvafiqqərarlar qəbul ediləcək.

Qeyd edilib ki, səfər mayın 16-da başa çatacaq.

Chosen
0
2
az.trend.az

6Sources