EN

Avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs olundu

Bakı. Trend:

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosikletsürücüləri həbs olunub.

Trendxəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin və Nəsimi Rayon Polisİdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərnəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlışəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçünreal təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, NicatŞirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıblar.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtibedilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülükhüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibatiqaydada həbs edilib. Bununla yanaşı N.Şirinov da 15 gün inzibatiqaydada həbs edilib, E.Xozin isə cərimə olunub.

Məqalədə:
Chosen
0
36
az.trend.az

10Sources