EN

Çin ABŞ-la ticarət danışıqlarının nəticələrindən razı qalıb

Çin və ABŞ arasında İsveçrədə aparılan danışıqlar iki ölkə arasında ticarət və iqtisadi fikir ayrılıqlarının həlli üçün zəmin yaradıb.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessentlə məsləhətləşmələrdən sonra Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifeng deyib: "Çin və ABŞ-ın birgə səyləri sayəsində danışıqlar çox məhsuldar keçdi, onlar bərabərhüquqlu dialoq və məsləhətləşmələr yolu ilə fikir ayrılıqlarının həlli istiqamətində mühüm addım oldu, fikir ayrılıqlarının daha da aradan qaldırılması və əməkdaşlığın dərinləşdirilməsi üçün təməl qoydu və şərait yaratdı".

O hesab edir ki, İsveçrədəki danışıqlar beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Onun sözlərinə görə, Çin-Amerika ticarət-iqtisadi əlaqələri dünya iqtisadi sabitliyinə və qlobal inkişafa mühüm təsir göstərir.

He Lifeng bildirib ki, Pekin bu il yanvarın 17-də telefon danışığı zamanı Çin və ABŞ liderlərinin əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi üçün Vaşinqtonla işləməyə hazırdır. He Lifeng qeyd edib ki, tərəflər problemlərin həllinə praqmatik yanaşmalı, səmimi və bərabərhüquqlu dialoq aparmalı, əməkdaşlığı genişləndirməli və iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin yeni inkişafına kömək etməlidir.

Musavat.com

Chosen
0
musavat.com

1Sources