Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Açılış mərasimindən sonra cənab prezident və xanımı ilə sənət adamları ilə görüşüb.
Xalq artisti Mənsum İbrahimovun Ağdamda Muğam Mərkəzinin açılışı ilə bağlı sosial şəbəkələrdə yayılan prezidentləki səmimi dialoqu, hər kəsin marağını cəlb etdi. Mənsum İbrahimov bu barədə Moderator.az-a verdiyi açıqlamada öz təəssüratlarını bölüşərək, həmçinin həmin anın duyğusal və unudulmaz tərəflərini qeyd etdi.
Mənsum İbrahimov, prezidentin Mehriban xanımla birgə Muğam Mərkəzində iştirak etməsindən və sənətçilərlə səmimi görüşlərindən danışarkən, həmçinin açılış mərasimindəki xüsusi anları xatırladı.
"Ağdamda möhtəşəm Muğam mərkəzinina açılışı yüksək səviyyədə baş tutdu. Biz bu günü 30 il xəyal etmişik, gözləmişik. Ağdam şəhərinin mərkəzində möhtəşəm Muğam mərkəzinin açılışı oldu. Sonda cənab prezidentlə Mehriban xanım səhnəyə çıxdı. Sənət ustaları xanəndələrlə səmimi görüş oldu. Cənab prezident məndən səhnədə ifa edən balaca uşağı soruşdu. Bildirdim ki, həmin uşaq ağdamlıdır 9 yaxşı var. Bunu eşidəndə sevindi Mehriban xanıma bildirdi.
Söhbət zamanı bildirdim ki, 2018-ci ildə Ağdamın Quzanlı kəndində Muğam mərkəzinin açılışında cənab prezident belə bir cümlə işlətdi ki, yaxın müddətdə Ağdam şəhərinin mərkəzində daha möhtəşəm Muğam mərkəzinin açılışını edəcəyik. O da bunu eşidib güldü və dedi ki, yadımdadı bu planlaşdırılırdı. Biz də ona təşəkürümüzü bildiririk. Bu gün sevindirici haldır ki, Ağdama köç başlayıb. Bu çox sevindirici haldır. Mən bu böyük qurucluq işlərinə görə cənab prezidentə minnətdarlığımı bildirirəm. Bayrağımız hər zaman zirvədə dalğalansın".