AzVision.az “New Indian Express” nəşrinə istinadən xəbər verir ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.
Müdafiə tədqiqat və inkişaf təşkilatı tərəfindən hazırlanan “Akaş” döyüş təyyarələri, qanadlı və “hava-yer” tipli raketlər, pilotsuz təyyarələr və 25 kilometrə qədər məsafədə digər səma vasitələrini vura bilən yer-hava sistemidir.
“Bharat Electronics Limited” konserninin buraxdığı“Akaş” sisteminin hər batareyasını bir elektron skanlı passiv 3D radarı və bir-birinə bağlı üç raketi olan dörd buraxılış qurğusu müşayiət edir.
Sahil İsgəndərov
AzVision.az