EN

Həftəsonu vətəndaşların hesabından nə qədər vəsait oğurlanıb

Həftəsonu vətəndaşların kart hesabından 13 min manatdan çox vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

"Mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72, 69, 7 manat və 51 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.",- məlumatda deyilir. 

DİN bir daha vətəndaşları şübhəli zənglərə cavab verməməyi və kart hesablarındakı məxfiliyi bölüşməməyi tövsüyə edir. 

Daxili İşlər Nazirliyi son bir neçə həftə ərzində  vətəndaşların kart hesablarından 400 min manatdan çox  vəsait oğurlandığını açıqlamışdı. 

Gülnar Nazimqızı

Chosen
0
7
anews.az

10Sources