EN

Düşmənimizin dostundan bizə dost ola bilməz- TƏHLİL

Ötən gün oğlumla birlikdə Bakı Zooparkına baş çəkdik. Bu, yeni açılışdan sonra ikinci ziyarətim idi. Sevinərək qeyd etməliyəm ki, Zoopark administrasiyası ərazinin təmizliyi və ziyarətçilərin komfortu üçün ciddi səylər göstərir.
Bakıya gələn xarici turistlərin əsas marşrutlarından biri də məhz Zooparkdır. Ötən gün də müxtəlif ölkələrdən ziyarətçilər vardı. Xüsusilə Hindistandan gəlmiş bir ailənin davranışı diqqətimi çəkdi, parkın skameykasında körpə uşaqlarını yedizdirib, altını dəyişdilər və sonra da körpənin alt bezini və boş su butılkasını elə orada yəni skameykanın üstündə qoyub getmək istədilər. Müdaxilə edib irad bildirdim, onlardan zibillərini özlərinin aparıb atmalarını tələb etdim. Narazılıq etsələr də, məcburən 15 metr aralıda olan zibil qabına tulladılar.
Bu hadisəni sosial şəbəkədə bölüşməkdə məqsədim Hindistanda səsləndirilən Azərbaycan məhsullarına və ölkəmizə qarşı boykot çağırışları fonunda bəzi reallıqları xatırlatmaqdır.
Əslində, Azərbaycan ilə Hindistan arasında elə də dərin iqtisadi əlaqələr yoxdur. Daha çox Hindistandan idxal edirik, nəinki ixrac. İdxal etdiyimiz əsas məhsullar isə çay və düyüdür. Bu isə alternativi asan tapılan məhsullardır. Məsələn, Pakistan düyüsü heç də Hindistan məhsullarından geri qalmır, hətta bir çox hallarda daha keyfiyyətlidir.
Son iki ildə Hindistandan Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunsa da, bu axının ümumi turizm gəlirlərimizdə payı təqribən 7-8 faiz civarındadır. Statistik rəqəmlər ötən il Azərbaycana 240 000 hind turist gəldiyini göstərir.Ancaq, hindistanlı turistlər nə xərcləmə, nə də ölkədə qalma müddəti baxımından ön sırada deyillər. Əvəzində, davranış problemləri çoxluq təşkil edir. Beləliklə, hindistanlı turistlər əsasən kəmiyyətə xidmət edir, keyfiyyətə yox. Halbuki Azərbaycan üçün əsas məqsəd turizmdə artımı məhz keyfiyyət əsasında təmin etməkdir.
Asiya ölkələri bu baxımdan bizim üçün daha perspektivli bazardır. Çin və Vyetnamla münasibətlərdə başlayan yeni mərhələ, şübhəsiz, bu ölkələrdən gələn turistlərin sayına da müsbət təsir göstərəcək. Yaxın dövrdə bu istiqamətdə daha sistemli yanaşmaların şahidi olacağımıza inanıram.Bu ölkənin turistləri hindliləri asan şəkildə əvəzləyə bilərlər.
Bu mənada Hindistanda səsləndirilən boykot çağırışlarının nə iqtisadi, nə də siyasi baxımdan Azərbaycan üçün əhəmiyyətli təsiri olmayaca.
Düşmənimizin dostundan bizə dost ola bilməyəcəyini zatən biz 2020-ci ildə tam dərk etmişik.
Aqil Məmmədov, ekspert
Chosen
0
news365.az

1Sources