ABŞ prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, Rusiya-Ukrayna münaqişəsi diqqətini bərpa və ticarətə yönəltmək istəyən Amerikanın vasitəçiliyi ilə tezliklə başa çatacaq.
— Bəlkə də bu, Rusiya və Ukrayna üçün əla gündür! Bu sonsuz "qanlı qırğın" inşallah sona çatanda xilas ediləcək yüz minlərlə insanın həyatını düşünün. Bunun baş verəcəyinə əmin olmaq üçün hər iki tərəflə işləməyə davam edəcəyəm. ABŞ bərpa və ticarətə diqqət yetirmək istəyir. Önümüzdə vacib həftə! – Donald Tramp Truth Social-da yazıb.
Tramp deyib ki, münaqişə tərəflərinin görüşü cümə axşamı Türkiyədə baş tuta bilər:
" Rusiya prezidenti Putin Ukrayna ilə atəşkəs haqqında saziş bağlamaq istəmir, əksinə, qan tökülməsinin mümkün dayandırılması ilə bağlı danışıqlar üçün cümə axşamı Türkiyədə görüşmək istəyir. "Ukrayna dərhal buna razı olmalıdır".
Amerika lideri qeyd edib ki, görüş “sazişin mümkün olub-olmadığını” və “işlərin necə olduğunu” göstərə bilər ki, Avropa liderləri və ABŞ buna uyğun hərəkət edə bilsinlər.
Eyni zamanda Tramp Ukraynanın Rusiya ilə danışıqlara gedəcəyinə şübhə etdiyini bildirib.