EN

Hövsanda şəhid adına olan küçənin təmiri yekunlaşır - FOTOLAR

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. 

Bu barədə "Unikal"a AAYDA-dan məlumat verilib. 

Sözügedən küçənin uzunluğu 620, hərəkət hissəsinin eni 6 metr təşkil edir. 

Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb. Hazırda son mərhələdə olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 

Chosen
0
unikal.az

1Sources