EN

Qəzza daha daha 4 uşaq həlak olub

Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərində daha 4 uşaq həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səbəb İsrailin hücumu olub.

Bildirilir ki, İsrail ordusu Xan Yunus şəhərində qaçqın fələstinlilərin sığındığı çadırları bombalayıb: "Nəticədə 4 uşaqla bərabər, çadırlarda olan 6 nəfər də həyatı ilə vidalaşıb. Onların hamısı əl-Alemi adlı şəxsin ailə üzvləri olublar. PUA zərbəsiylə Mutasim Muhammed əl-Alemi, həyat yoldaşı və iki uşaqları ölüblər. Digər vurulan çadırda isə əl-Ağa adlı şəxs, həyat yoldaşı və iki qızı həyatını itirib. 7 nəfər isə yaralanıb".

Zülfiyyə Mustafayeva

MİA.AZ

Chosen
0
mia.az

1Sources