EN

Trampdan HƏMAS-ın geri çəkilməsinə reaksiya: "O günü səbirsizliklə gözləyirəm”

Donald Tramp HƏMAS-ın 2023-cü ilin oktyabrından girovu olan ABŞ-İsrail ikili vətəndaşlığı daıyan hərbçi Edan Aleksandrı azad edəcəyi haqda bəyanatı müsbət sayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, girovun tezliklə ailəsinə qovuşacağınıdeyib və bunu HƏMAS-la aparılan danışıqların müsbət inkişafı ilə əlaqləndirib: "Bu məsələdə  əməyi olanlara təşəkkür edirəm. Bu, xoşniyyətli addım oldu və münaqişənin sona çatması üçün lazımlı addımların ilk anonsu olacağına ümidliyəm. O günü səbirsizliklə gözləyirəm”.

HƏMAS isə atəşkəs və Qəzzaya giriş-çıxşın açılması, humanitar yardımların buraxılması və ən əsası, müharibəni bitirmək üçün Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bəyan edib və bunun ilkin siqnalı kimi ABŞ-İsrail ikili vətəndaş girov hərbçinin sərbəst buraxacağını bildirib: "BizTürkiyəyə, eləcə də vasitəçi ölkələr - Qətər və Misirə proseə göstərdikləri dəstəyə örə təşəkkür edirik".

Tahir Şəlvəli

MİA.AZ

Chosen
0
1
mia.az

2Sources