EN

Özünü həkim və geniş əlaqəli şəxs kimi təqdim edərək, 38 minlik dələduzluq etdi - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Nizami Balaşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Nizami Balaşov 2 vətəndaşa özünü Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən həkim kimi təqdim etməklə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib. O, zərərçəkmişlərdən birinin xəstəlikdən əziyyət çəkən oğlu və digərinin həyat yoldaşı üçün əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini bildirib. Nizami bu yolla onlardan ümumilikdə 10500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, Nizami Balaşov Yasamal RPİ- tərəfindən külli miqdarda narkotikə görə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin həbsdən azad olunmasına kömək edilməsini istəyən zərərçəkmiş M.M.-ə (ad, soyadı şərtidir) əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib. O, zərərçəkmişin qardaşını məhkəmə vasitəsi ilə azadlığa buraxılacağına yalandan deyərək ondan ümumilikdə 28000 manat pulu dələduzluq yolu ilə alıb.

 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Nizami Balaşov 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

 

Tarix: 12 May 2025, 08:15   
Chosen
0
pravda.az

1Sources