EN

Pəhrizdə quru əncir yeyilə bilər?


Şirniyyat istəklərinə görə təbii alternativ olan quru əncir pəhriz saxlayanları çaşdırır.

Bəs, bu meyvə pəhrizdə yeyilə bilər?



Medicina.az xəbər verir ki, quru meyvələrdən biri olan əncir qurusu şirin dadı və lifli quruluşu ilə pəhriz saxlayanların diqqətini çəkir.

Diyetoloqların fikrincə, quru əncir sizi uzun müddət tox saxlaya bilər və tərkibindəki yüksək lif sayəsində həzm sisteminin nizamlı işləməsinə kömək edə bilər. Həm də təbii enerji mənbəyi olan quru əncir şirniyyat istəkləri yatırmaq üçün ideal seçimdir. Bununla belə, bu faydalar porsiya nəzarəti ilə məhdudlaşır.

100 qram quru əncirin tərkibində təxminən 250-300 kalori var. Bu səbəbdən gün ərzində pəhriz saxlayanlar1-2 quru əncir yeyə bilərlər. Həddindən artıq çox yedikdə tərkibindəki yüksək şəkər səbəbindən çəki artımına səbəb ola bilər.



Yekun olaraq qeyd edək ki, quru əncir pəhrizdən tamamilə qadağan edilməli olan qida deyil. Düzgün miqdarda və balanslı şəkildə yeyildikdə həm şirniyyat ehtiyacını ödəyir, həm də lif dəstəyi verir.

Bununla belə, kilo vermə prosesinin sağlam şəkildə irəliləməsi üçün porsiyonlara diqqət yetirmək çox vacibdir..

Aygün
Medicina.az


Chosen
0
medicina.az

1Sources