EN

Fələstin rəsmisi: Yalnız ABŞ İsraili müharibəni bitirməyə məcbur edə bilər

BAKI, 12 may. TELEQRAF

ABŞ İsraili Qəzza zolağında müharibəni dayandırmağa məcbur etməyə qadir olan yeganə tərəfdir.

Teleqraf xəbər verir ki, bu sözləri Fələstinin Vitse-prezidenti Hüseyn Şeyx “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

Fələstin rəsmisi HƏMAS-ın da müharibənin sona çatmasına səbəb olacaq cəsarətli addımlar atacağına ümid etdiyini bildirib: "HƏMAS hərəkatı xalqın bir hissəsidir, onu siyasi həyatdan kənarlaşdırmaq olmaz. Onlar da siyasi sistemimizin bir hissəsi olmaq üçün öz siyasətini dəyişməlidir. Hazırda Fələstin dövləti yaratmağın ən yaxşı yolu silahlı mübarizə deyil, İsrailə dinc müqavimətdir. Biz hüquqlarımıza nail olmaq və öz dövlətimizi yaratmaq üçün İsraillə danışıqlar aparırıq. Bizim prioritetimiz Fələstin xalqının öz torpaqlarında təhlükəsizliyini təmin etməkdir. Fələstinin Qəzza zolağında hökmranlığına heç bir alternativi qəbul etməyəcəyik”.

Chosen
0
1
teleqraf.com

2Sources