EN

“Boşluğu doldurmalıyıq”

“Öncədən də bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın futbolçusu Rüfət Abbasov Premyer Liqanın son turunda səfərdə “Sabah”a 3:1 hesabı ilə məğlub olduqları matç haqda deyib.

Müdafiəçi mövsümün sonuna az qaldığını vurğulayıb və qarşıdakı iki oyunun da çox çətin keçəcəyini qeyd edib:

“Sabah” yaxşı kollektivə malik komandadır. Artıq liqada qalmağı təmin etmişik.

Buna baxmayaraq, qələbə qazanmaq istəyirdik. Əslində buna da yaxın idik, amma təəssüf ki, alınmadı.

Standart vəziyyətlərdən iki qol buraxdıq. Bunun üzərində daha çox işləyib, həmin boşluğu doldurmalıyıq.

Artıq mövsümün sonuna çox az qalıb. Qarşıda bizi son iki çətin oyun gözləyir.

Maksimum dərəcədə yaxşı oynayıb, mövsümü yaxşı şəkildə başa vurmaq istəyirik”.

Chosen
0
sportinfo.az

1Sources