BAKI, 12 may. TELEQRAF
ABŞ və Çin ticarət danışıqlarında "əhəmiyyətli irəliləyiş" əldə edib və "vacib konsensusa" gəliblər.
Teleqraf xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skot Bessent ilə görüşdən sonra Çin Baş nazirinin müavini He Lifen deyib.
O, müzakirələri "səmimi, dərin və konstruktiv" adlandıraraq, hər iki tərəfin gələcək müzakirələr üçün "ticarət məsləhətləşmə mexanizmi" yaratmağa razılaşdıqlarını bildirib.
Çin nümayəndə heyətinin bəyanatında deyilir: "Çin və ABŞ müvafiq detallar barədə mümkün qədər tez razılığa gələcək və mayın 12-də danışıqlar zamanı əldə olunmuş birgə bəyanatı açıqlayacaq".
ABŞ Prezidenti Donald Tramp və digər Amerika rəsmiləri də Cenevrədə Çinlə danışıqların müsbət nəticələrinə işarə ediblər.