EN

Bu sahələrin bölgüsü yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin təklifləri əsasında təsdiq edilir

Yay və qış otlaqları, mülkiyyət formasından asılı olmayaraq, heyvandarlığın inkişafı və yem ehtiyatının artırılması məqsədilə istifadə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda əksini tapıb.

Bu sahələrin bölgüsü yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. İcra hakimiyyətləri və müvafiq dövlət qurumları, otlaq sahələrinin bölgüsü və istifadəsi üzrə təkliflər hazırlayır. Bu sahələrin idarə edilməsi, həmçinin ərazinin istifadəçiləri tərəfindən də müəyyən olunmuş şərtlərə əsaslanır. Torpaqların istifadəsi qaydalarına uyğun şəkildə yay və qış otlaqları təsdiq edilir. Dövlət, bələdiyyə və digər mülkiyyət növləri tərəfindən istifadə edilən otlaq sahələrinin tələbatı öyrənilir. Təsərrüfatlar və fiziki şəxslərin bu sahələrdən istifadəsi üçün müvafiq siyahılar hazırlanır. Hər il mart ayında bu siyahılar təsdiq edilərək bələdiyyələrə və icra hakimiyyəti orqanlarına təqdim edilir.

 

Chosen
0
heftelik.az

1Sources