Tesla bu həftə ABŞ-da Cybertruck və Model Y modellərinin istehsalını müvəqqəti olaraq dayandıracağını açıqlayıb.
Cybertruck və Model Y istehsal xəttlərində çalışan işçilərə edilən bildirişdə onlara əlavə həftəlik məzuniyyət alacaqları bildirilib.
SİA-nın məlumatına görə, işçilər həmçinin ödənişli məzuniyyət və ya ev işlərində iştirak eləcə də fasilələr zamanı təlim arasında seçim edə biləcəklər.İstehsalın belə uzun müddət dayanması qeyri-adi hesab olunur, çünki ötən il elektrik avtomobillərinin yığılması həmişəki kimi davam etdirilib.
İstehsal prosesində fasilə marketinq sahəsindəki çətinliklərlə bağlıdır.
Məsələn, 2025-ci ilin birinci rübündə Tesla göndərilən avtomobillərin sayını 13 faiz azaldıb, nəticədə istehsal edilən və göndərilən avtomobillərin sayı arasında 26.000 ədəd fərq yaranıb.
Bundan əlavə, Austin zavodu may ayında işçi qüvvəsini 50 nəfər ixtisar edərək, davam edən istehsal prosesindəki çətinlikləri daha da vurğulayıb.
Bundan əvvəl heç kimin yenilənmiş Tesla Model Y krossoverini almaq istəmədiyi bildirilirdi. Tesla həmçinin avtopilotlu modellərdə qəzaların sayının azaldığını bildirib.
Nazlı Almuradova