EN

Salah onunla gərginlik yaşadığını etiraf etdi

Məhəmməd Salah sabiq komanda yoldaşı Sadio Mane ilə ünsiyyətdə çətinlik çəkdiyini təsdiqləyib.

"Ölkə.az" xəbər verir ki, “Liverpul”un cinah oyunçusu rəqabət və şəxsi ambisiyaların oyunçular arasında anlaşılmazlıq və münaqişələrə səbəb olması ilə bağlı şayiələrə toxunub.

“Bəli, həqiqətən də Sadio ilə aramızda gərginlik vardı. Meydandan kənarda o qədər də yaxın deyildik, amma həmişə bir-birimizə hörmət edirdik. İnsanların daha çox şey istəməsini anlayışla qəbul edirəm. Sadio əsl döyüşüdür.

Amma istəyirəm ki, hər kəs Sadioya ən çox ötürmə verənin mən olduğunu bilsin. Siz faktlara baxa bilərsiniz, lakin belə ifadələri önə çıxartmaq daha asandır – başlıqlarda yaxşı səslənir. Mən bunun necə işlədiyini bilirəm.

Nə qədər ki, hər şey hörmət çərçivəsində qalır, bu mənə yaraşır. Amma bu o demək deyil ki, belə fikirləri doğrudur. Sonda nə etdiyimi bilirəm. Mənim vicdanım təmizdir”, – Salah deyib.(Publika.az)

Chosen
0
4
olke.az

10Sources