ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistana Kəşmir probleminin həllində öz köməyini təklif edib, eyni zamanda hər iki ölkə ilə ticarəti əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu bəyan edib:- "Mən Hindistan və Pakistanın qüdrətli rəhbərliyi ilə fəxr edirəm ki, bu qədər ölüm və dağıntıya səbəb ola biləcək hazırkı təcavüzü dayandırmaq üçün özlərində güc, müdriklik və mətanət tapdılar. Əks təqdirdə milyonlarla yaxşı və günahsız insanlar ölə bilərdi! Mən fəxr edirəm ki, Birləşmiş Ştatlar bu tarixi və qəhrəmancasına qərarın qəbul edilməsində sizə kömək edə bildi. Hətta müzakirə olunmasa da, mən bu böyük ölkələrin hər ikisi ilə ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyəm” deyəABŞ prezidenti Truth sosial şəbəkəsində yazıb və əlavə edib: “Allah Hindistan və Pakistan rəhbərliyinə yaxşı görülən işə görə xeyir-dua versin!!!”. Xatırladaq ki, mayın 10-da şənbə günü ABŞ-ın vasitəçiliyi ilə Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər.
Surxay Əliyev