Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. “Kəpəz” Tovuzda “Sumqayıt”da məğlub edərək (1:0) 8-ci pilləyə yüksəlib.
Turun son matçında isə artıq çemponluğu təmin edən “Qarabağ” üçüncü pillədəki “Araz-Naxçıvan”a qalib gəlib – 2:0.
Naxçıvan klubu bu matçda 1 xal qazansa, bürünc medalları təmin edəcək.
11 may (bazar)
18:00. “Kəpəz” – “Sumqayıt” 1:0
Qol: Rauf Hüseynli, 11 – pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu
20:00. “Qarabağ” – “Araz-Naxçıvan” 2:0
Qollar: Musa Qurbanlı, 35, Aleksey Kaşuk, 59
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Azersun Arena”