EN

“Apple” "iPhone" modellərinin təqdimat tarixini dəyişir

“Apple” "iPhone" modellərinin təqdimat tarixini dəyişir, ikili buraxılış modeli gəlir

Valyuta.az xəbər verir ki, “Apple” 2026-cı ildən etibarən “iPhone” modellərinin təqdimat cədvəlində köklü dəyişiklik edəcək. Şirkət bütün modelləri eyni anda təqdim etməkdən imtina edərək, bundan sonra premium və baza modelləri ayrı-ayrı tarixlərdə satışa çıxarmağı planlaşdırır.

Məlumata görə, 2025-ci il “Apple” üçün son "tam təqdimat ili" olacaq. Bu ilin payızında “iPhone 17” ailəsi həm premium, həm də baza modelləri birlikdə təqdim ediləcək. Lakin “iPhone 17e” modelinin yazda satışa çıxarılması ilə yeni mərhələnin təməli qoyulacaq.

2026-cı ildən başlayaraq, premium modellər – “iPhone 18 Pro”, “iPhone 18 Pro Max”, “iPhone 18 Slim/Air” və yeni qatlanan “iPhone” payızda təqdim ediləcək. Baza və büdcə modelləri – “iPhone 18” və “iPhone 18e” isə növbəti ilin yazında satışa çıxarılacaq.

Analitiklərə görə, bu dəyişiklik “Apple” üçün üç əsas üstünlük yaradır:

1.    İstehsal yükünü azaldır və təchizat zəncirini optimallaşdırır;
2.    Satış dövrlərini uzadaraq gəlirliliyi yayır;
3.    Çin istehsalçılarının sıx təqvimli rəqabətinə daha çevik cavab imkanı verir.

Qeyd edək ki, bu məlumat “The Information” nəşri və tanınmış analitik Min-Çi Kuo tərəfindən təsdiqlənib.

Yeni təqdimat strategiyası bəzi istifadəçilərin narazılığına səbəb ola bilər. Xüsusilə də, hər payızda yeni baza “iPhone” modelini almağa alışanlar üçün bu dəyişiklik gözləmə müddətini artıracaq. Lakin “Apple”ın uzunmüddətli bazar strategiyası bu qərarı zəruri edib.

Sərvanə Rəmixanova

Chosen
0
valyuta.az

1Sources