EN

"Barselona" "El-Klasiko"da "Real"ı məğlub etdi

İspaniya La Liqasının XXXV turunda "El-Klasiko" baş tutub.

Bizim.Media xəbər verir ki, "Barselona" "Real"ı qəbul edib.

Qarşılaşma Kataloniya təmsilçisinin qələbəsi ilə bitib - 5:3. Meydan sahiblərinin heyətində 19-cu dəqiqədə Erik Qarsiya, 32-ci dəqiqədə Lamin Yamal, 34 və 45-ci dəqiqələrdə Rafinya, 90+5-ci dəqiqədə Fermin Lopes fərqlənib.

Qonaqlarda Kilian Mbappe 5 (p), 14 və 70-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Sona üç tur qalmış xallarının sayını 82-yə çatdıran "Barselona" liderliyini möhkəmləndirib. Madrid klubu 75 xalla ikinci sıradadır.


Bizim.Media

Chosen
0
7
bizim.media

9Sources