BAKI, 11 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXIV turunun növbəti oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edib.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda təşkil olunan görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
İnqilab Məmmədovun idarə etdiyi görüşdə yeganə qolu 11-ci dəqiqədə penaltidən Rauf Hüseynli vurub.
Oyunun
Bununla da, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 32-yə çatdıraraq 8-ci pilləyə yüksəlib. Vaqif Cavadovun komandası 30 xalla 9-cu sıraya enib.
Əvvəlki qarşılaşmalarda "Sabah" evdə "Şamaxı"nı 3:1, "Neftçi" "Turan Tovuz"u səfərdə 2:1, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura "Qarabağ" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulacaq. "Azersun Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.