EN

İrəvanda iki təyyarə qasırğa səbəbindən eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Havada qalan təyyarələrdən biri Şarcadan uçan və 140 sərnişini olan “Airbus A320”, digəri isə Moskvadan havaya qalxan “Shirak Avia” aviaşirkətinə məxsus “Boeing 737”dir.

“Hazırda Şarcadan gələn təyyarə Zvartnots hava limanına eniş edə bilmir, digər təyyarə isə uçuş üçün gözləyir”, - hava limanının mətbuat xidmətindən bildirilib.

Chosen
0
6
report.az

7Sources