EN

Kelloq: 30 günlük atəşkəs əldə olunmalıdır

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlardan əvvəl 30 günlük atəşkəs əldə olunmalıdır.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq X sosial şəbəkəsində yazıb. 

“Birincisi, 30 günlük qeyd-şərtsiz atəşkəs və bu müddət ərzində hərtərəfli sülh danışıqlarına keçid. Əksinə yox", – deyə o yazıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Kiyev hakimiyyəti ilə birbaşa danışıqların bərpası təklifini alqışlamışdı.

Rusiya Prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremlin qarşısında jurnalistlərə verdiyi açıqlamada Kiyev hakimiyyətinə 2022-ci ildə dayandırdıqları birbaşa danışıqları əvvəlcədən heç bir şərt olmadan bərpa etməyi təklif edib.

Danışıqlara mayın 15-də İstanbulda başlaması təklif olunur.

Chosen
0
50
operativmedia.az

10Sources