EN

Türkiyədən Putinin təklifinə REAKSİYA

Türkiyə dünya sülhünü təhdid edən münaqişələrin həllində etibarlı ünvana çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik Ukrayna-Rusiya danışıqlarının İstanbulda təşkil edilməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu danışıqlarda aktiv rol oyanyır:

“Prezidentimizin prinsipial sülh diplomatiyası Rusiya ilə Ukrayna arasında axtarılan sülh və dünyanın başqa yerlərində münaqişələrin həlli üçün ən etibarlı iradədir”.

Xatırladaq ki, Putin 15 mayda İstanbulda Rusiya və Ukrayna arasında birbaşa görüş təklif edib.

Chosen
0
4
bakivaxti.az

5Sources