EN

"Fənərbaxça"nın Duşan Tadiç planı

"Fənərbaxça" mövsümün sonunda müqaviləsi başa çatan Duşan Tadiçi komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, İstanbul klubu serbiyalı vingerə 1+1 illik müqavilə təklif edib. Bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Klub rəhbərliyinin planı Tadiçi "Fənərbaxça"da saxlamaq, karyerasını başa vurduqdan sonra isə ona vəzifə verməkdir. 36 yaşlı oyunçu təklifə isti yanaşır.

Qeyd edək ki, Duşan Tadiç 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Serbiya millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 13 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
0
sportal.az

1Sources