EN

Marko Rubio Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, o, mayın 14-16-da Antalyada təşkil olunacaq NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Məlumata görə, onun NATO ölkələrinin xarici işlər nazirləri ilə əsas müzakirə mövzularından biri Rusiya-Ukrayna müharibəsi olacaq.

Chosen
0
9
xezerxeber.az

10Sources