MotoGp-də mövsümün 6-cı yarışı Fransanın Le Man şəhərində keçirilib.

Offsideplus.az xəbər verir ki, 1954-cü bəri ilk dəfə burada keçirilən yarış fransalı pilot qazanıb. "Honda"nın təcrübəli sürücüsü Joan Zarko yağışlı yarışın qalibi olub.

Çempionatın lideri Mark Markes 2-ci olub. Podiumu gənc ispaniyalı Fermin Aldeqer tamamlayıb.

Markes 171 xalla liderliyini davam etdirib. 2-ci yeri 149 xalla onu balaca qardaşı Aleks tutur. 3-cü yerdə isə Pekko Banyaya var. İtaliyalının aktivində 120 xal var.