EN

Londonun Stansted hava limanında İT-nin nasazlığı problem yaradıb

London, 11 may, AZƏRTAC

Londonun Stansted hava limanında baş verən İT nasazlığı minlərlə sərnişinin yola düşməsinə mane olub.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, təxminən 10 min sərnişin reyslərini qaçırıb, çox sayda insan saatlarla təhlükəsizlik və baqaj yoxlamasında növbələrdə qalıb. Hadisə bazar günü səhər saatlarında baş verib. Yerli vaxtla saat 02:30-da problem aşkarlanıb və bunun nəticəsində təhlükəsizlik zolaqları və baqaj sistemləri demək olar ki, işləməyib. İlk reyslər saat 06:00-a yaxın baş tutmalı olsa da, limanda artıq saatlarla növbələr yaranıb.

“Jet2” və “TUI” kimi hava yolları sərnişinlərə görə reysləri 3-4 saat gecikdirsə də, “Ryanair” uçuşlarını vaxtında həyata keçirməyə çalışıb. Hazırda hava limanında vəziyyətin normallaşması üzərində iş aparılır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
0
1
azertag.az

2Sources