EN

Özümüzü ağılsızlıqdan qorumağın 5 sadə YOLU

Son zamanların ən çox yayılan xəsətliklərindən olan demansiyadan (ağılsızlıq) qorunmaq mümkündür. Bunun üçün bir sıra sadə qaydalara riayət etmək kifayətdir.

“Cebheinfo.az” xəbər verir ki, nevroloq Vladimir Martınov insanın özünü demansdan necə qoruyacağından danışıb.  Məlum olub ki, bu yollarla xəstəliyin inkişafı ən azı gecikdirilə və ya ləngidə bilər.

Onun sözlərinə görə, bir sıra amillər beyinə müsbət təsir göstərə bilər. Bunu müasir elm sübut edib. Demans riskini azaltmaq üçün həkim beş sadə qaydaya riayət etməyi tövsiyə edib. İlk növbədə özünüzü yaxşı fiziki formada saxlamalı, kifayət qədər yatmalı və düzgün qidalanmalısınız.

Martınov RİA Novosti ilə söhbətində deyib:

"Daimi fiziki fəaliyyət, zehni stress, düzgün qidalanma, qan təzyiqi və şəkər səviyyəsinə nəzarət, sağlam yuxu - bütün bunlar həqiqətən riski azaldır".

O, həmçinin demensiyanın qarşısının alınmasında oxu, məntiq oyunları və xarici dilləri öyrənməyin faydalarını qeyd edib.

Bundan əlavə, nevroloq başqa bir yaşa bağlı xəstəliyin - Parkinson xəstəliyinin inkişaf riskini artıran amilləri də sadalayıb. Mütəxəssis deyib ki, bu, daha çox 60 yaşdan yuxarı insanlarda genetik, travmatik beyin zədəsi və ya toksinlərin təsiri nəticəsində inkişaf edir.

Chosen
0
cebheinfo.az

1Sources