EN

Ukrayna XİN Putinin paradında iştirak edən xarici diplomatlardan izahat tələb edib

"Ukrayna Rusiyaya keçmişin xarirəsini oğurlamağa, qələbəni öz adına çıxarmağa imkan verməyəcək..."
 
Ukrayna Rusiyada keçirilən paradda yüksək vəzifəli xarici məmurların iştirakını dostcasına olmayan addım kimi qiymətləndirir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna XİN mətbuat xidməti xəbər verib. Məlumatı "korrespondent.net" nəşri yayıb.
 
Ukrayna Xarici İşlər Nazirliyi mayın 9-da Moskvada keçirilən hərbi paradda ali rəhbər şəxslərin iştirak etdiyi bir sıra ölkələrin Ukraynada akkreditə olunmuş diplomatik missiya rəhbərlərinə nota təqdim edib.
 
Qeyd edilir ki, Ukrayna XİN rəhbərinin birinci müavini Sergey Kislitsa qeyd edib ki, Ukrayna Rusiya paradında xarici dövlətlərin ali vəzifəli şəxslərinin iştirakını dost olmayan addım hesab edir.
 
“Rusiyanın təcavüzü, ukraynalıların kütləvi şəkildə qətlə yetirilməsi, mülki infrastrukturun bombalanması və hərbi cinayətlər fonunda təcavüzkar dövlətin paradında xarici ölkələrin yüksək rütbəli rəsmilərinin iştirakı Ukrayna tərəfindən dost olmayan hərəkət kimi qəbul edilir", -  Kislitsa bəyan edib.
 
Diplomatlara Ukraynalı xalqının, eləcə də antihitler koalisiyasının və keçmiş SSRİ-nin digər xalqlarının nasizm üzərində qələbəyə verdiyi böyük töhfə xatırladılıb. "Ukrayna Rusiyaya keçmişin xatirəsini oğurlamağa, qələbəni öz adına çıxarmağa və ya ukraynalıların bu qələbədəki rolunu kiçiltməyə imkan verməyəcək", - XİN-in bəyanatında vurğulanıb.
 
Kislitsa həmçinin qeyd edib ki, Rusiya sülhü bərpa etmək cəhdlərini hələ də rədd edir və ABŞ-ın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs təklifi ilə razılaşmayıb. Ukrayna isə bu təklifi hələ martın 11- də qəbul edib.
 
"Bəzi ölkələrin yüksək vəzifəli şəxslərinin Kremlin təşkil etdiyi tədbirlərdə iştirakı İkinci Dünya müharibəsi qurbanlarına və qəhrəmanlarına ehtiram göstərməkdən uzaqdır. Əksinə, bu, həmin xatirəyə hörmətsizlik və Avropadakı müasir təcavüzə, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə dəstəkdir",  - XİN bəyan edib.
 
Xatırladaq ki, mayın 9-da Moskvada, Qızıl Meydanda İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş hərbi parad keçirilib. Paradda Rusiya diktatoru Vladimir Putinlə yanaşı, demək olar ki, 30 ölkənin nümayəndəsi də iştirak edib. Azərbayca və Laos prezidentləri Moskvaya 9 may səfərlərini ləğv edib.
Chosen
0
moderator.az

1Sources