Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, "Mersedes" markalı minik avtomobili tırla toqquşub. Qəza magistral yolda nəqliyyatın hərəkətinə çətinlik yaradıb.
Faktla bağlı araşdırma başlanıb.