EN

Ərdoğan İstanbul danışıqlarına “hə” dedi

Makron Putinin qabaqlayıb Türkiyə prezidentinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin mayın 15-də Ukrayna ilə heç bir ilkin şərt olmadan Türkiyədə birbaşa danışıqlara başlamağı təklif edib.Putin gecəyarı bəyanatında deyib:

”Biz gecikmədən mayın 15-də daha əvvəl keçirildiyi İstanbulda danışqları başlamağı təklif edirik. Məlum olduğu kimi, türkiyəli həmkarlar bu cür danışıqların təşkili üçün dəfələrlə təklif ediblər və onların təşkili üçün Türkiyə prezidenti Ərdoğan çox iş görüb. Nəzərinizə çatdırım ki, bu danışıqlar nəticəsində birgə sənəd layihəsi hazırlanıb və o, Kiyev danışıqlar qrupunun rəhbəri tərəfindən paraflanıb, lakin Qərbin təkidi ilə o, sadəcə olaraq zibil qutusuna atılıb”.

Rusiya prezidenti deyib ki, mayın 11-də Ərdoğanla bu mövzuda danışıqlar aparacaq: “Mən ondan xahiş edərdim ki, Türkiyədə danışıqlar aparmaq üçün belə bir imkan yaratsın. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışına töhfə vermək istəyini təsdiq edəcək”.

Amma məlum olub ki, Fransa lideri Putini qabaqlayıb. “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığında Ukraynada atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqların təşkili də daxil olmaqla istənilən töhfəni verməyə hazır olduğunu bildirib”. Musavat.com TASS-a istinadən yazır ki, Ərdoğan Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması yolunda tarixi fürsətdən istifadə edilməli olduğunu və Türkiyənin davamlı sülhün təmin edilməsi üçün danışıqların təşkili də daxil olmaqla istənilən töhfəni verməyə hazır olduğunu bildirib.

“Kiyev mayın 12-dən atəşkəs şərti ilə Moskva ilə danışıqlara hazırdır”. Bunu isə Vladimir Zelenski X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Zelenski vurğulayıb ki, Kiyev Rusiyadan mayın 12-dən etibarən “tam, uzunmüddətli və etibarlı” atəşkəs qərarını Rusiyadan təsdiq gözləyir. Yalnız bu şərt yerinə yetirilərsə, Ukrayna danışıqlar üçün görüşməyə hazırdır.

Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Putinin təklifindən sonra “Rusiya və Ukrayna dövlətləri üçün əla gün” olacağını proqnozlaşdırdığı bildirib. Tramp həmçinin xilas ediləcək yüz minlərlə insan haqqında düşünməyə çağırıb.

Musavat.com

Chosen
0
50
musavat.com

10Sources