EN

Yeni Papanın qol saatı müzakirələrə yol açdı - FOTO

Xəbər verdiyimiz kimi, yeni Roma Papası 14-cü Leo artıq cəmiyyət qarşısında ilk çıxışını edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, onun çıxışı zamanı qolundakı saat müzakirələrə səbəb olub.
 

Bəzi nəşrlər Papanın ilk rəsmi müqəddəs ayində “AppWatch” taxdığını iddia edib.




69 yaşlı pontifikin simsiz cihazdan ürək döyüntüsünü izləmək üçün istifadə etdiyi əsas gətirilib.

Bəziləri isə qol saatının “Rolex Submariner Cherry Red” olduğunu qeyd edib.



Hətta yeni Papanın tərzini mərhum Papa Fransiskin sadə və təvəzökar üslubu ilə müqayisə də edənlər də olub.



Bizim.Media

Chosen
0
9
bizim.media

10Sources