EN

Həftədə neçə dəfə nəcisə çıxmaq normal sayılır?

Həftədə neçə dəfə nəcisə çıxmaq

Hər kəsin bağırsaq fəaliyyəti fərqlidir. Mütəxəssislər bildirirlər ki, nəcisə çıxma tezliyi gündə 3 dəfə ilə həftədə 3 dəfə arasında dəyişə bilər və bu, tamamilə normal sayılır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, nəcisə çıxma tezliyi gündə 3 dəfə ilə həftədə 3 dəfə arasında dəyişə bilər və bu, tamamilə normal sayılır.

Təbii ritm və orqanizmin fərdi xüsusiyyətləri burada əsas rol oynayır. Kimisi hər səhər tualetə gedir, kimisi isə günaşırı bu prosesi yaşayır. Əsas meyar – nizamlılıq və rahatlıq hissidir.

Həkimlər vurğulayır ki, nəcis sərt və ya çox yumşaq deyilsə, ağrı, qan və ya qaz şikayətləri yoxdursa, nəcisləmə ritmi istənilən tezlikdə ola bilər. Ancaq birdən-birə baş verən dəyişikliklər, uzunmüddətli qəbizlik və ya ishal, qarında şişkinlik və ya narahatlıq kimi hallar müşahidə olunursa, bu artıq müayinə tələb edə bilər.

Bağırsaq sağlamlığına təsir edən əsas faktorlar arasında düzgün qidalanma, kifayət qədər su qəbulu, lifli məhsulların istifadəsi və hərəkətli həyat tərzi yer alır.

Qastroenteroloqlar nəcisləmə tezliyinin bir insanın sağlamlıq göstəricilərindən biri olduğunu bildirirlər və bu mövzuda yaranan narahatlıqlarda həkim məsləhətini vacib hesab edirlər.

Könül Oruc

E-saglam.az


Chosen
0
e-saglam.az

1Sources