Azərbaycan karateçiləri Almaniyanın Leyptsiq şəhərində IFK kyokuşin üzrə 7-ci Dünya Çempionatında dörd medal qazanıblar. Bu barədə Demokrat.az-a Azərbaycan Karate Federasiyasının Mətbuat xidmətindən məlumat verilib. Səlahət Həsənov qızıl, Elmir Cəbrayılov gümüş, Solmaz Zeynallı və Kamil Məmmədov bürünc medala sahib çıxıblar.